Bank Of Baku

Azərbaycanda taxıl biçini ilə bağlı «qaynar xətt» açılıb

Azərbaycanda taxıl biçini ilə bağlı «qaynar xətt» açılıb
# 01 iyul 2009 09:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda kənd təsərrüfatı məhsullarının becərilməsi, məhsulun vaxtında və itkisiz yığılması, mal-qara üçün yem ehtiyatının yaradılması, həmçinin taxıl biçininin intensiv vaxtı ilə əlaqədar Azərbaycan İqtisadi İnkişaf Nazirliyi «qaynar xətt» yaradıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Nazirlik fermerlərin və taxıl istehsalçılarının nəzərinə çatdırır ki, taxılın tədarükü və satışı ilə əlaqədar hər hansı problem yarandığı halda saat 9:00-dan 21:00-dək İqtisadi İnkişaf Nazirliyinə 493-77-83 və 433-63-52 nömrəli telefonlarla müraciət edə bilərlər.

Qeyd edək ki, 2008-ci ildə Azərbaycanda dənlik qarğıdalı da daxil olmaqla 897 min hektar sahədən 2 498,3 min ton taxıl məhsulu toplanıb. Cari ildə isə ölkədə 1,6 mln. ton ərzaq buğdası istehsalı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR