Bank Of Baku

Bu il Almaniyadan Azərbaycana 770 baş cins inək gətirilib

Bu il Almaniyadan Azərbaycana 770 baş cins inək gətirilib
# 07 iyul 2009 10:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin birinci yarısında «Aqrolizinq» ASC tərəfindən Almaniyadan Azərbaycana 770 baş cins inək gətirilib. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-nin tingçilik, toxumçuluq və damazlıq heyvandarlıq şöbəsinin müdiri Kamil Şamilov məlumat verib.

Ölkəyə gətirilmiş şvis, südlük qara-ala, Holstin-Friz və Sim-mental cinsli 770 inəyin 767-si 56 rayondan olan fermerlərə satılıb. Hazırda növbəti partiya malların gətirilməsinə dair işlər görülür. Eyni zamanda, «Aqrolizinq»in əməkdaşları rayonlarda cins heyvanların saxlanma şəraiti ilə bağlı monitorinq keçirirlər.

«Yay aylarında havaların isti keçməsi, eyni zamanda müəyyən xəstəlik ehtimalları ilə əlaqədar heyvanların ölkəyə gətirilməsi dayandırılıb. Növbəti partiya heyvanların sentyabr ayında gətirilməsi planlaşdırılır», - deyə «Aqrolizinq» nümayəndəsi bildirib.

K.Şamilovun sözlərinə görə, müraciətlərə əsasən, Azərbaycanda 6 min başa yaxın bu cinslərdən olan inəklərə tələbat var.

«Aqrolizinq» nümayəndəsinin sözlərinə görə, etimadı doğrultmayan, ödənişi vaxtında aparmayan, eləcə də heyvanları müvafiq şəraitdə saxlamayan fermerlərə ikinci dəfə müraciət etdikdə mal satılmayacaq.

Qeyd edək ki, heyvanları «Aqrolizinq» ASC-nin elan etdiyi tenderdə qalib gəlmiş Böyük Britaniyanın «Rista Alliance» şirkəti gətirir. Tenderin şərtlərinə əsasən, 300 baş Şvis cinsli, 500 baş südlük qara-ala və Holstin-Friz cinsli, 200 baş südlük Sim-mental cinsli qaramalın satın alınması nəzərdə tutulur.

Heyvanların qiymətinin 50%-i dövlət tərəfindən güzəşt olunur. Fermerlər qalan 50% vəsaitin yarısını əvvəlcədən, qalan hissəsini isə 3 il ərzində hissə-hissə ödəməlidir.
Almaniyadan bir inəyin Azərbaycana gətirilməsi 3600-3800 manata başa gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR