Bank Of Baku

Ötən ay 180,83 min ton dizel yanacağı, 23,24 min ton neft bitumu və 13,18 min ton maye qaz istehsal olunub

Ötən ay 180,83 min ton dizel yanacağı, 23,24 min ton neft bitumu və 13,18 min ton maye qaz istehsal olunub
# 10 iyul 2009 09:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyun ayında Azərbaycanın emal müəssisələrində 180,83 min ton dizel yanacağı, 23,24 min ton neft bitumu və 13,18 min ton maye qaz istehsal olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

İyunda dizel yanacağının istehsalı 4,2%, maye qaz istehsalı 18,3% artıb, neft bitumunun istehsalı isə 3,3% azalıb.

Yanvar-iyun aylarında isə ümumilikdə 873,31 min ton dizel yanacağı, 86,34 min ton neft bitumu və 55,48 min ton maye qaz istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR