Bank Of Baku

Azərbaycanda buğda idxalına tətbiq olunan gömrük rüsumları 100% artırıla bilər

Azərbaycanda buğda idxalına tətbiq olunan gömrük rüsumları 100% artırıla bilər
# 11 iyul 2009 09:21 (UTC +04:00)
İ. Abasovun sözlərinə görə, burada məqsəd yerli istehsalçıların mənafeyini qorumaq, onları dəstəkləmək, eləcə də ölkədə istehsal edilən ərzaq buğdasının satışını təmin etməkdir.

«Mən hesab edirəm ki, bu məqsədlə idxal buğdaya 100% gömrük rüsumları tətbiq olunmalıdır. Artıq biz belə bir təkliflə Nazirlər Kabinetinə müraciət etmişik», - deyə nazir vurğulayıb.

Nazir misal olaraq bildirib ki, hazırda xaricdən Azərbaycana gətirilən buğdanın 1 tonu şərti 250 ABŞ dolları olduğu halda, gömrük rüsumları 100% tətbiq olunduqda bu 500 dollara başa gələcək.

İ. Abasov bildirib ki, ölkədə istehsal olunan buğdanın satışında problemlər var. İstehsal etdiyi məhsulu sata bilməyən fermerlərdə bu sahəyə maraq azala bilər. Nazir onu da əlavə edib ki, buğdaya tətbiq olunan gömrük rüsumlarının artımı çörəyin qiymətinə təsir göstərməyəcək.

İ. Abasov bu il 2,2 mln. ton ərzaq buğdası istehsalının gözlənildiyini deyib. Cari ilin yanvar-iyun aylarında isə Azərbaycana 591 min tondan artıq ərzaq buğdası idxal olunub. Bunun 113 200 tonu iyun ayında idxal olunub və qiyməti 1 ton üçün 225 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR