Bank Of Baku

İmişli şəkər zavodunda şəkər bayramı keçirilib

İmişli şəkər zavodunda şəkər bayramı keçirilib
# 13 iyul 2009 14:58 (UTC +04:00)
Bakı-APA. İmişli şəkər zavodunda şəkər bayramı keçirilib. “Azərsun Holdinq”in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayram mərasimində şəkər çuğunduru istehsalında ən yüksək məhsuldarlıq əldə edən 379 mülkiyyətçinin hər birinə 50-100 kiloqram olmaqla ümumilikdə 20 ton şəkər tozu hədiyyə olunub. Mülkiyyətçilərdən ilk üç yerin qalibi Şükür Əliyevə 500 kq, Salman Salmanova 400 kq və Süleyman Bünyatova 300 kq şəkər tozu hədiyyə olunub. Tədbirdə Ağdam, Аğcabədi, Beyləqan, İmişli, Bərdə mülkiyyətçiləri çıxış edərək yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər. Bu il yerli mülkiyyətçilərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün İmişli şəkər zavodu tərəfindən şəkər çuğundurunun qəbul qiymətləri artırılaraq tonu 48 manata çatdırılıb. əhsulun becərilməsi, gübrələnməsi, daşınması üçün tələb olunan xərclər də İmişli şəkər zavodu tərəfindən ödənilməkdədir. Nəticədə mülkiyyətçilər hər hektardan 2300-2500 manat təmiz gəlir əldə edirlər. Bu da bu sahəyə olan marağı artırmaqdadır. 2006-cı ildə sahələrdən 72 min ton şəkər çuğunduru toplanıbsa, 2007-ci ildə bu göstərici 110 min ton, 2008-ci ildə isə 187 min ton olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR