Bank Of Baku

Avropa İttifaqı Azərbaycanın kənd təsərrüfatının inkişafına 20 milyon avro ayıracaq

Avropa İttifaqı Azərbaycanın kənd təsərrüfatının inkişafına 20 milyon avro ayıracaq
# 14 iyul 2009 14:43 (UTC +04:00)
Bakı – APA. Avropa İttifaqı Azərbaycana 20 milyon avro məbləğində vəsait ayırır. Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vəsait “Kənd təsərrüfatı və kəndin inkişafının təşviq edilməsi” proqramı çərçivəsində ayrılacaq.
Maliyyə yardımı üzrə bu proqramın əsas məqsədi kənd təsərrüfatı və kəndin inkişaf etdirilməsinə yardım etməklə Azərbaycanda iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etməkdir. Avropa İttifaqı bu proqram vasitəsilə qeyri-neft sektoru iqtisadiyyatında düzgün inkişaf imkanlarının diqqətlə inkişaf etidirilməsində, yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılmasında Azərbaycana yardım etmiş olur. Aİ təhlükəsiz və keyfiyyətli ərzağın əldə edilməsini yaxşılaşdırmaq, ərzağın mövcudluğunu və təchizatını sabitləşdirmək niyyətindədir. Bundan başqa, biznes mühitini yaxşılaşdırmaqla və institusional potensialı artırmaqla İttifaq kənd təsərrüfatı və kəndin inkişafı sahəsində sahibkarlığı təşviq edir. Bu, Azərbaycan hökumətinin yeni təsdiq etdiyi “Etibarlı Ərzaq Təminatı üzrə Dövlət Proqramı”nın məqsədləri ilə bağlıdır. Dövlət proqramında əsas diqqət daxili ərzaq bazarının idxaldan asılılığını azaltmaq, Azərbaycanın nisbi üstünlüyə malik olduğu konkret sahələrdə kənd təsərrüfatı istehsalının artırılması ilə ərzaq ehtiyatlarını yaratmaqdır.
Aİ-nin Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə Komissar Benita Ferrero-Valdner deyib ki, davamlı iqtisadi inkişaf və məşğulluq üçün bazanın təmin edilməsi, regionlar arasında və Azərbaycanın əhalisi arasındakı qeyri-bərabərliyin azaldılması baxımından iqtisadiyyatın çoxşaxəli inkişafı Azərbaycanın uzun müddətli inkişafı üçün mühümdür.
20 milyon avrodan 14 milyonu kənd təsərrüfatı və kəndin inkişafına dəstək proqramı üçün ayrılır, 6 milyon isə Azərbaycan hökuməti ilə Aİ arasında müvafiq olaraq 2006 və 1996-cı illərdə qəbul edilmiş AQS Fəaliyyət Planının, eləcə də Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) icrasının davam etdirilməsi üçün Azərbaycan idarəçiliyinin potensialını artırmağa istiqamətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR