Bank Of Baku

Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsinin yeni mexanizmi hazırlanır

Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsinin yeni mexanizmi hazırlanır
# 16 iyul 2009 08:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsinin yeni mexanizminin iyulun sonuna qədər hökumət strukturlarında müzakirə edilərək, razılaşdırılmış forması Nazirlər Kabinetinə göndəriləcək. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyinin aqrar islahatlar, kənd təsərrüfatı ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin rəhbəri İslam İbrahimov məlumat verib.

İ. İbrahimovun sözlərinə görə, bu həftə ərzində dəyişikliklər layihəsi digər hökumət qurumları ilə müzakirə olunacaq.

Layihədə istehsalçılara dövlət tərəfindən güzəştlər, subsidiyaların, həmçinin motor yağları və mineral gübrələrin verilməsi qaydalarının təkmilləşdirilməsi əksini tapıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi buğda əkmiş fermerlərə subsidiyaların əkin zamanı deyil, yığılan məhsula görə verilməsini təklif edir.

Xatırladaq ki, hazırda dövlət büdcəsindən ayrılmış vəsait hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına hər 1 ha əkin sahəsinin becərilməsi zamanı yanacaq və motor yağları üçün 40 manat, buğda əkmiş fermerlərə isə əlavə 40 manat (cəmi 80 manat) subsidiya verilir. Həmçinin «Aqrolizinq» ASC tərəfindən ölkəyə gətirilmiş mineral gübrələrin 50% qiyməti dövlət tərəfindən ödənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR