Bank Of Baku

Yaxın vaxtlarda fermerlərə yanacaq və motor yağlarına görə subsidiyaların verilməsinə başlanılacaq

Yaxın vaxtlarda fermerlərə yanacaq və motor yağlarına görə subsidiyaların verilməsinə başlanılacaq
# 16 iyul 2009 08:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın vaxtlarda Azərbaycanda fermerlərə yanacaq və motor yağlarına görə subsidiyaların verilməsinə başlanılacaq. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyinin aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimov məlumat verib.

İ. İbrahimovun sözlərinə görə, artıq Kənd Təsərrüfatı Nazirliyində yaradılmış komissiyaya 57 rayondan məlumatlar daxil olub. Təqdim olunmuş bəzi siyahılardakı nöqsanlar aradan qaldırılması üçün müvafiq rayonların icra hakimiyyətlərinə qaytarılıb.

İ. İbrahimov yaxın günlərdə Respublika Komissiyasının iclasının keçiriləcəyini və sənədləri qaydasında olan rayonlarda fermerlərə yanacaq və motor yağlarına görə subsidiyanın verilməsinə başlanacağını bildirib.

Fermerlərə hər 1 ha əkin sahəsinə görə 40 manat subsidiya verilir.

Qeyd edək ki, dövlət büdcəsindən fermerlərə yanacaq və motor yağlarına görə subsidiyaların verilməsi, həmçinin «Aqrolizinq» ASC-nin xətti ilə mineral gübrələrin 50% güzəştlə satışı üçün 80 mln. manat vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR