Bank Of Baku

Azərbaycanda araq və şampan istehsalı artıb, şərab istehsalı isə azalıb

Azərbaycanda araq və şampan istehsalı artıb, şərab istehsalı isə azalıb
# 17 iyul 2009 12:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 412,3 min dekalitr araq, 15,7 min dekalitr şampan şərabı və 184,3 min dekalitr üzüm şərabı istehsal edilib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Araq istehsalı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,5%, şampan şərabı istehsalı 6,8%, artıb, üzüm şərabının istehsalı isə 55,4% azalıb.

Hesabat dövründə həmçinin 1 783,5 min dekalitr pivə, 2,9 min ton brendi (konyak), 6 677,8 min dekalitr alkoqolsuz içki istehsal edilib.

Arağın 408,7 min dekalitri, şampan və üzüm şərablarının, pivə, konyak və alkoqolsuz içkilərin hamısı özəl sektora aid müəssisələrdə istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR