Bank Of Baku

Lənkəranda yerli fermerlər piket keçirməyə cəhd göstəriblər

Lənkəranda yerli fermerlər piket keçirməyə cəhd göstəriblər
# 20 iyul 2009 10:03 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda yerli fermerlər tərəvəz kombinatı qarşısında piket keçirməyə cəhd ediblər. APA-nın cənub bürosunun xəbərinə görə, aksiyaya səbəb “Lənkəran Konserv” ASC-də tərəvəz qəbulunun ləng aparılmasıdır. Bu səbəbdən fermerlərin istehsal etdikləri məhsulu, əsasən də pomidoru satmaq problemi ciddiləşib.

Liman şəhərindən olan fermer Zakir Abıyev APA-nın cənub bürosuna bildirib ki, tərəvəz kombinatı hələ də sovet dövrünün primitiv üsulları ilə işləyir: “Bu səbəbdən burada uzun növbə yaranıb. Şəxsən mən siyahıda 42-ci adamam. Bu gedişlə məhsulumu nə vaxta qədər maşında saxlayım? Bu istidə məhsullarımız məhv olsa, bizə dəymiş ziyanı kim ödəyəcək?”

Qeyd edək ki, “Lənkəran Konserv” ASC-nin icraçı direktoru Volkan Tanrıqulu isə APA-nın cənub bürosuna bildirib ki, iyulun 18-dən fermerlərdən məhsul qəbul etməyə başlayıblar: “Artıq 350 ton pomidor qəbul etmişik. İşlərin ləng getməsinə səbəb su problemidir. Biz suyu Xanbulançay su dəryaçasından götürürük. Su boruları köhnəldiyindən, borular tez-tez sıradan çıxır, biz də dəyişirik. Yaxın günlərdə problem həllini tapacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR