Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşıb
# 21 iyul 2009 12:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyun ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi may ayına nisbətən 97,5% təşkil edib, yanvar-iyun aylarında isə 2008-ci ilin müvafiq dövrünə nisbətən 2,9% bahalaşıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İyun ayında bitkiçilik, bostan və bağçılıq məhsulları üzrə qiymət indeksi əvvəlki aya nisbətən 97,8% olub. Tərəvəz, ixtisaslaşdırılmış bağçılıq və şitilçilik məhsullarının istehsalçı qiymətləri 4,7%, dənli bitkilər və digər qruplara daxil edilməyən bitkilərin 0,5%, meyvələr və qoz-fındıq 0,1% ucuzlaşıb.

Ötən ay diri mal-qara və heyvandarlıq məhsulları üzrə qiymət indeksi ötən aya nisbətən 95,1% təşkil edib. Heyvandarlıq bölməsində diri quşların və yumurtanın istehsalçı qiymətləri 3% bahalaşıb, diri iribuynuzlu qaramal və onun törəməsi məhsulların 7,6%, diri qoyunların keçilərin və onlardan alınan məhsulların qiymətləri isə 3,7% aşağı düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR