Bank Of Baku

Azərbaycan prezidenti “Aqrolizinq”ə beş, “Naxçıvan Aqrolizinq”ə isə iki milyon manat ayırıb

Azərbaycan prezidenti “Aqrolizinq”ə beş, “Naxçıvan Aqrolizinq”ə isə iki milyon manat ayırıb
# 21 iyul 2009 16:53 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə əlavə dəstək verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya bildirilib ki, sərəncamla “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) aqroservis filiallarının ölkənin regionlarında tikintisinin davam etdirilməsi məqsədi ilə 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Cəmiyyətin nizamnamə kapitalının artırılması üçün 5 (beş) milyon manat vəsait ayrılıb.

Dövlət başçısı “Naxçıvan Aqrolizinq” ASC-nin sərəncamında olan gübrələrin və kənd təsərrüfatı texnikasının saxlanılması üçün xüsusi anbarların tikilməsi məqsədilə isə 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 (iki) milyon manat vəsait ayırıb.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etməlidir.

Əmlak Məsələləri Dövlət Komitəsi və Vergilər Nazirliyinə isə tapşırılıb ki, bir ay müddətində “Aqrolizinq” ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı Cəmiyyətin nizamnaməsində müvafiq dəyişikliyin edilməsi və həmin dəyişikliyin qeydiyyata alınması üçün öz səlahiyyətləri daxilində zəruri tədbirləri həyata keçirsinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR