Bank Of Baku

“Aqrolizinq” 180 ədəd taxılyığan kombaynın alınmasına dair açıq tender elan edib

“Aqrolizinq” 180 ədəd taxılyığan kombaynın alınmasına dair açıq tender elan edib
# 23 iyul 2009 11:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) 180 ədəd 150-160 at gücü olan taxılyığan kombaynın alınmasına dair açıq tender elan edib. “Aqrolizinq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, tender bir lot üzrə keçirilir və qalib gəlmiş iddiaçılar göstərilən texnikaları DDPİnkioterms-2000 şərti ilə müqavilə bağladıqdan 90 gün ərzində “Aqrolizinq”ə təhvil verməlidir. Tender iddiaçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlı zərflərdə yazılı sürətdə təqdim etsinlər. Tenderin maliyyələşdirilməsi “Aqrolizinq” ASC-də bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına aparılacaq.

Tenderin əsas şərtlər toplusunu almaq istəyən şəxslər lot üzrə 1000 manat iştirak haqqı köçürdükdən və istehsalçı barədə tələb olunan məlumatı təqdim etdikdən sonra qeyd olunan ünvandan ala bilər.

Qeyd edək ki, iddiaçılar bağlı zərfləri bu ilin sentyabr ayının 10-dək müvafiq ünvana təqdim etməlidirlər. Təklif zərfləri bu il sentyabr ayının 11-də iddiaçıların və onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi 12 ünvanında yerləşən “Aqrolizinq” ASC-nin konfrans zalında açılacaq. Əlaqə telefonları: 425-61-29, mob: 050 384-30-18.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR