Bank Of Baku

Azərbaycana buğda idxalı artıb

Azərbaycana buğda idxalı artıb
# 25 iyul 2009 09:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – “APA-Economics”. Cari ilin yanvar-iyun aylarında Azərbaycana 591 505,7 ton ərzaq buğdası və 27 888,6 ton un idxal olunub. Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə buğda idxalı 38% artıb, un idxalı isə 71,7% azalıb.

İdxal olunmuş buğdanın dəyəri 117 976,5 min ABŞ dolları, unun dəyəri isə 6 157,6 min dollar təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında ölkəyə hər ay orta hesabla 114 036,5 min ton buğda və 6 281,1 min ton un gətirildiyi halda, mayın 1-dən idxal buğda və una əlavə dəyər vergisinin tətbiqi nəticəsində son 2 ayda aylıq buğda idxalı 1,6 dəfə, un idxalı isə 4,5 dəfə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR