Bank Of Baku

Azərbaycana spirtli içki idxalı azalıb

Azərbaycana spirtli içki idxalı azalıb
# 27 iyul 2009 09:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 3 556 821,5 litr spirtli içki və 880 362,8 litr spirt idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İdxal olunan spirtli içkilərin həcmi 2008-ci ilin müvafiq dövrünə nisbətən 38,3% azalıb, spirtin həcmi isə 15,8% artıb.

İdxal olunan spirtli içkilərin ümumi dəyəri 6 064,3 min ABŞ dolları, spirtin dəyəri isə 832,7 min dollar təşkil edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycandan xaricə 4 644,1 min ABŞ dolları dəyərində 3 186 809,1 litr spirtli içki ixrac edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR