Bank Of Baku

«Aqrolizinq» ASC tikinti-quraşdırma işləri ilə bağlı tender elan edib

«Aqrolizinq» ASC tikinti-quraşdırma işləri ilə bağlı tender elan edib
# 30 iyul 2009 07:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Aqrolizinq» ASC rayonlardakı Aqroservis filiallarında tikinti-quraşdırma işləri ilə bağlı tender elan edib. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-nin Tender Komissiyasından məlumat verilib.

Tender 3 lot üzrə keçirilir. Birinci lota Zaqatala, Ağdaş, İsmayıllı və Xaçmaz rayonlarında Aqroservis filiallarının əsaslı tikinti-quraşdırma və təmir işlərinin yerinə yetirilməsi daxildir. Bu lot üzrə işlər 90 gün ərzində tamamlanmalıdır.

İkinci lota Şəmkir rayonunda, üçüncü lota isə Xaçmaz rayonunda logistik gübrə bazasının tikintisi daxildir. Hər iki lot üzrə nəzərdə tutulan işlər müqavilə bağlandıqdan sonra 180 gün ərzində tam yerinə yetirilməlidir.

Tenderdə iştirak haqqı birinci lot üzrə 1000 manat, ikinci lot üzrə isə 500 manatdır. İddiaçılar tender təklifi və 2%-li bank təminatı istisna olunmaqla tender sənədlərini sentyabrın 10-dək, tender təklifi və bank təminatını isə sentyabrın 17-dək «Aqrolizinq» ASC-yə (tel/fax: (+994 12) 425 61 29) təqdim etməlidir.

Tender təklifləri sentyabrın 18-də açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR