Azərbaycanda soyuducu anbarların inşa olunması 40 mln. manata başa gələcək
«APA-Economics»in məlumatına görə, bununla bağlı təşkil olunmuş tədbirdə çıxış edən Azərbaycan iqtisadi inkişaf nazirinin müavini, SKMF-ın Müşahidə Şurasının sədri Niyazi Səfərov qeyd edib ki, hər birinin tutumu 2 min ton olacaq soyuducu anbarlar ölkənin 4 iqtisadi rayonunda (Aran, Quba-Xaçmaz, Gəncə-Qazax və Lənkəran) yaradılacaq: «Bu məsələyə dair sahibkarlar və şirkətlər tərəfindən daxil olmuş təkliflər müsabiqə yolu ilə müəyyənləşdirilib».
Öz növbəsində tədbirdə çıxış edən SKMF-ın icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, hazırda Azərbaycanda hər il 700 min ton meyvə, 1-1,3 mln. ton tərəvəz istehsal olunur və istehsal əsasən Aran (26%), Quba-Xaçmaz (25%), Gəncə-Qazax (19%) və digər iqtisadi rayonların üzərinə düşür. Ş.Abdullayev onu da bildirib ki, ümumiyyətlə, SKMF-a 33 investisiya təklifi təqdim olunub və bunlardan yalnız 12-nə razılıq verilib. Belə ki, SKMF-ın Müşahidə Şurası Quba-Xaçmaz iqtisadi rayonunda 6, Aran iqtisadi rayonunda 4, Lənkəran və Gəncə-Qazax iqtisadi rayonlarında isə hər birində 1 olmaqla layihələrin maliyyələşdirilməsini qərar qəbul edib: «Layihələrdə iştirak etmək üçün maliyyə vəsaitinin çatışmazlığı ucbatından bir sıra şirkət və sahibkarların xidmətlərindən imtina olunub».
SKMF-ın rəhbəri həmçinin qeyd edib ki, soyuducu anbarların tikintisi üzrə investisiya layihələrinin 70%-dək hissəsi dövlət vəsaiti hesabına maliyyələşdiriləcək. Bundan başqa, sahibkarlar müvəkkil kredit təşkilatlarına da müraciət edə biləcəklər: «Ümumiyyətlə, 12 layihənin ümumi dəyəri 40 mln. manat təşkil edir ki, SKMF tərəfindən sözügedən layihələrin icrasına 24 mln. manat məbləğində vəsait ayrılacaq».
Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 35 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
Qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 350 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
Aqrar-sənaye kompleksi
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyən edilib
Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib
Azərbaycanda toxum bazarına nəzarət gücləndiriləcək
İlhamə Qədimova: Azərbaycanda yerli toxum istehsalı artırılacaq
Xəbər Lenti
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb