Bank Of Baku

Azərbaycanın 20 rayonu üzrə 164,5 mindən artıq kənd təsərrüfatı istehsalçısına 20 mln. manat subsidiyanın ayrılması təsdiqlənib

Azərbaycanın 20 rayonu üzrə 164,5 mindən artıq kənd təsərrüfatı istehsalçısına 20 mln. manat subsidiyanın ayrılması təsdiqlənib
# 03 avqust 2009 08:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində yaradılmış respublika komissiyasının ötən həftə keçirilmiş iclasında bəzi rayonlarda fermerlərə yanacaq və motor yağlarına görə subsidiyaların verilməsi barədə qərar qəbul edilib. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

İclasda 20 rayon üzrə 164 500-dən artıq istehsalçıya (fiziki və hüquqi şəxsə) yanacaq və motor yağlarına görə 20 mln. manat subsidiyanın verilməsi təsdiqlənib. Bununla da yanacaq və motor yağlarına görə subsidiyanın verilməsi barədə qərar qəbul edilmiş rayonların sayı 48-ə çatıb.

Hazırda 10 rayondan təqdim olunmuş sənədlər respublika komissiyasında araşdırılır.

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına fermerlərə hər 1 ha əkin sahəsinə görə 40 manat subsidiya verilir.

Qeyd edək ki, 2009-cu ilin dövlət büdcəsindən fermerlərə yanacaq və motor yağlarına görə subsidiyaların verilməsi, həmçinin «Aqrolizinq» ASC-nin xətti ilə mineral gübrələrin 50% güzəştlə satışı üçün 80 mln. manat vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR