Bank Of Baku

İsmət Abbasov: Bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının artım səviyyəsi 6% olacaq

İsmət Abbasov: Bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının artım səviyyəsi 6% olacaq
# 12 avqust 2009 09:08 (UTC +04:00)
Azərbaycanda yay mövsümünün bir qədər sərt keçməsi ölkədə istehsal olunan kənd təsərrüfatı məhsulları azalmayacaq. Bu barədə “APA-Economics”ə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib.
Nazirin sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalı davamlı olaraq inkişafı təmin edilir: “Bu il Azərbaycanda yay mövsümünün sərt keçməsi ölkənin bir sıra bölgələrinin məhsuldarlığına təsir edib. Buna baxmayaraq, 2009-cu ilin sonuna Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalında ötən ilki artım səviyyəsi, yəni 6% civarında proqnozlaşdırılır”.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının artım səviyyəsi 6,1% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR