Bank Of Baku

Azərbaycanın qərbində yeni kənd təsərrüfatı müəssisəsi istifadəyə verilib

Azərbaycanın qərbində yeni kənd təsərrüfatı müəssisəsi istifadəyə verilib
# 26 avqust 2009 10:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Qərb bölgəsində iri buynuzlu mal-qara və quş yemi sexi istifadəyə verilib. «APA-Economics»in məlumatına görə, bunu Gəncə Aqrobiznes Assosiasiyasının icraçı direktoru Vüqar Mohumayev bildirib.

V.Mohumayevin sözlərinə görə, sex 3 gündür ki, fəaliyyətə başlayıb və artıq yerli fermerlərin sifarişləri yerinə yetirilir: «Sex müasir avadanlıqla təchiz olunub və bölgədə bunun analoqu yoxdur».

V.Mohumayev onu da qeyd edib ki, müəssisənin emal gücü saatda 300-600 kq təşkil edir və 1 kisə (40 kq) arpa, qarğıdalı və ya digər məhsul 1 manata emal olunaraq istifadəçiyə təhvil verilir.

Qeyd edək ki, Gəncə Aqrobiznes Assosiasiyası «BP-Azerbaijan» şirkətinin elan etdiyi tenderdə qalib gələrək Goranboyun Eyvazlılar kəndində mal-qara və quş yemi sexinin inşasını həyata keçirib. Müəssisə bütün rayonun tələbatını ödəyəcək, həmçinin digər bölgələri də yemlə təmin edəcək. Müəssisənin inşası «BP-Azerbaijan» şirkətinin maliyyə vəsaiti hesabına həyata keçirilib.

Qeyd edək ki, Goranboydakı yem müəssisəsi «BP-Azerbaijan» şirkətinin Azərbaycanda həyata keçirdiyi «BP və Tərəfdaşlarının İcmaların İnkişafı Təşəbbüsləri» layihəsinin III mərhələsi çərçivəsində inşa olunub. Artıq bu layihənin III mərhələsi çərçivəsində Goranboyun Eyvazlılar kəndində Gəncə Aqrobiznes Assosiasiyası «BP-Azerbaijan» şirkətinin maliyyə vəsaiti hesabına damcılı su qurğusu quraşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR