Bank Of Baku

Azərbaycan Marketinq Cəmiyyəti Bazar İnformasiya və Kommersiya Mərkəzi yaradacaq

Azərbaycan Marketinq Cəmiyyəti Bazar İnformasiya və Kommersiya Mərkəzi yaradacaq
# 26 avqust 2009 15:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Marketinq Cəmiyyəti (AMC) Dünya Bankı tərəfindən maliyyələşdirilən və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənən «Kənd təsərrüfatının kreditləşməsi və inkişafı Layihəsi-II» çərçivəsində Bazar İnformasiya və Kommersiya Mərkəzinin (BİKM) yaradılmasına dair tenderdə qalib gəlib.

AMC-dən «APA-Economics»ə verilən məlumata görə, BİKM-in əsas funksiyası SMS xidməti vasitəsi ilə kənd təsərrüfatı məhsullarının, habelə kənd təsərrüfatı texnikası və avadanlıqları, gübrələr və digər məmulatların qiymətləri, onların dinamikası barədə fermerlərə operativ məlumatın çatdırılmasını təmin etməkdir.

Üç il müddətinə nəzərdə tutulmuş «Bazar İnformasiya və Kommersiya Mərkəzi» layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycan fermerləri məhsulların ölkənin müxtəlif bölgələrində məhsulların qapıağzı, topdan və pərakəndə satış qiymətləri, kənd təsərrüfatı texnikasının və avadanlıqların, həmçinin gübrələrin ən münasib qiymətlərlə təklif olunduğu ünvanlar barədə məlumatlı olacaqlar. Əldə olunan informasiya fermerlərə kəmiyyət və keyfiyyətcə daha yüksək məhsul yetişdirməyə və bunun müqabilində daha yüksək gəlir götürməsinə əlverişli şərait yaratmış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR