Bank Of Baku

Azərbaycan buğda idxalını artırıb, un idxalını isə azaldıb

Azərbaycan buğda idxalını artırıb, un idxalını isə azaldıb
# 28 avqust 2009 11:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 621 997,3 ton buğda, 29 069,4 ton un idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İdxal olunmuş buğdanın həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artıb, unun həcmi isə 2,4 dəfə azalıb.

Hesabat dövründə idxal olunmuş buğdanın dəyəri 127 953,7 min ABŞ dolları, unun dəyəri isə 6 477,6 min dollar təşkil edib.

Qeyd edək ki, cari ilin may ayının 1-dən Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan buğda və una əlavə dəyər vergisi hesablanır. Buna qədər, yanvar-aprel aylarında hər ay ölkəyə orta hesabla 114 ton buğda, 6 281 ton un gətirildiyi halda, may-iyul aylarında (3 ay ərzində) idxalın aylıq göstəricisi müvafiq olaraq 55,2 ton (2 dəfə azalıb) və 1 315 tona (4,7 dəfə azalma) enib.

Xatırladaq ki, may-iyul aylarında Azərbaycana 165 851 ton buğda və 3 944,9 ton un gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR