Bank Of Baku

Azərbaycanda taxıl anbarlarını inşa edəcək şirkətlər gələn ay müəyyənləşəcək

Azərbaycanda taxıl anbarlarını inşa edəcək şirkətlər gələn ay müəyyənləşəcək
# 28 avqust 2009 12:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ölkədə taxıl məhsullarının saxlanılması və təmizlənməsi üçün anbar komplekslərinin yaradılması üzrə investisiya layihələrini elan edəcək. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə taxıl məhsullarının saxlanılması və təmizlənməsi üçün hər birinin tutumu 10 min ton olan, müasir standartlara cavab verən anbar komplekslərinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan təkliflərin qəbuluna başlanılıb.

«Avqustun 31-də sənədlərin qəbulu başa çatacaq, sentyabrın 2-də zərflər açılacaq, sentyabrın 17-də isə layihələr elan olunacaq», - deyə SKMF-in rəhbəri bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR