Bank Of Baku

Azərbaycanda Yaponiya qrantı ilə alınan kombaynların istifadəsinin auditi keçiriləcək

Azərbaycanda Yaponiya qrantı ilə alınan kombaynların istifadəsinin auditi keçiriləcək
# 31 avqust 2009 10:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Aqrolizinq» ASC Yaponiya hökumətinin qrantı hesabına aldığı taxılyığan kombaynların istifadəsinin auditinin keçirilməsi üzrə kotirovka sorğusu elan edib. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-dən məlumat verilib.

Kotirovka sorğusunda iştirak etmək istəyən beynəlxalq iddiaçılar «Aqrolizinq» ASC-nin hesabına 50 manat ödəməklə əsas şərtlər toplusunu əldə edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini sentyabrın 12-dək səhmdar cəmiyyətinin Tender Komissiyasına (Bakı, Bakıxanov qəsəbəsi, B.Bünyadov küç., 12; tel.: (+994 12) 425 61 29) təqdim etməlidirlər. İddiaçıların zərfləri sentyabrın 13-də açılacaq.

İşlərin icra müddəti müqavilə imzalanandan sonra 30 gündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR