Bank Of Baku

Azərbaycan hökuməti kənd inzibati ərazi dairələrinin təsərrüfat başına uçot sənədlərinin çap edilməsinə dair qərar qəbul edib

Azərbaycan hökuməti kənd inzibati ərazi dairələrinin təsərrüfat başına uçot sənədlərinin çap edilməsinə dair qərar qəbul edib
# 04 sentyabr 2009 13:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti kənd inzibati ərazi dairələrinin təsərrüfat başına uçot sənədlərinin çap edilməsi və onların 2011-2015-ci illər üçün açılması haqqında qərar qəbul edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, Dövlət Statistika Komitəsinə təsərrüfat başına uçot sənədlərinin yeni nümunələrinin çap edilməsini 2010-cu il oktyabrın 1-nə qədər başa çatdırmaq və həmin sənədlərin 2010-cu il dekabrın 1-nə qədər müvafiq bölgü əsasında rayonlara buraxılmasını təmin etmək tapşırılıb. Öz növbəsində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, rayon (şəhər) icra hakimiyyətləri 2011-2015-ci illər üçün yeni uçot sənədlərinin tətbiqini Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfat başına uçotun aparılmasına dair göstərişlərə uyğun təmin etməlidir.

Nazirlər Kabineti eyni zamanda Maliyyə Nazirliyinə 2011-2015-ci illər üçün kənd inzibati ərazi dairələrinin təsərrüfat başına uçot sənədlərinin çap edilməsi üçün lazım olan maliyyə vəsaitinin ayrılmasını təmin etmək göstərişini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR