Bank Of Baku

Azərbaycanlı investor Ukraynada şəkər zavodu alıb

Azərbaycanlı investor Ukraynada şəkər zavodu alıb
# 11 sentyabr 2009 08:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünyanın aparıcı qənd istehsalçılarından olan Ukraynanın «YUVS» şirkəti ona məxsus olan zavodların birini Azərbaycan investoruna satıb.

«APA-Economics»in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hələ iki il əvvəl dünyanın 10 ən iri qənd istehsalçıları siyahısına düşən «YUVS» şirkəti bazarı tərk edir. Artıq şirkət «Uqroyedsk» zavodunu hərrac yolu ilə azərbaycanlı investora satıb. Sövdələşmənin həcmi və investorun adı açıqlanmasa da, bəzi mütəxəssislərin fikrincə, zavod 2 mln. qrivenə (təxminən 200 min manat) satılıb. Mütəxəssislər həmçinin hesab edir ki, hələ iki il bundan öncə zavodun 1-2 mln. ABŞ dollarına satılması mümkün sayılırdı. Lakin hazırda zavodun fəaliyyətsiz dayanması müəssisənin ucuz satılmasına səbəb olub.

Bundan başqa, «YUVS» şirkəti Verensk zavodunu da satmaq niyyətindədir və artıq potensial investorlar da müəyyənləşib.

Şirkətin nümayəndələri artıq qənd istehsalı ilə məşğul olmalarını onlar üçün sərf etmədiyini bildirib və yaxın gələcəkdə ət və taxıl istehsalı ilə məşğul olacağını qeyd edib. Ümumiyyətlə, «YUVS» şirkəti 2008-ci ilin noyabr ayından müflisləşmə vəziyyətinə düşüb. Şirkətin qənd istehsalından imtina etməsinin səbəblərindən biri də şəkər çuğundurunun becərilməsinə lazımi investisiyaların yatırılmaması olub.

Qeyd edək ki, dünyada, o cümlədən, Ukraynada qəndin qiymətinin artması bu sahədə əldə olunan aktivlərə xarici investorların marağını artırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR