Bank Of Baku

Rusiya az alkoqollu içkilərin qablarının həcmini məhdudlaşdırır

Rusiya az alkoqollu içkilərin qablarının həcmini məhdudlaşdırır
# 11 sentyabr 2009 12:27 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiya prezidenti Dmitri Medvedev hökumətə az alkoqollu içkilərin həcmini 330 millilitrə qədər azaltmaq barədə göstəriş verib. “APA-Economics”in Kremlin mətbuat xidmətinə istinadən xəbərinə görə, prezidentin tapşırığı bu il dekabrın 1-nə qədər yerinə yetirilməlidir.
Qeyd edək ki, az alkoqollu içkilərə kokteyl və pivə də daxildir. Hazırda Rusiyada az alkoqollu içkilər 100 millilitrdən 5 litrə qədər olan qablarda satılır.
Dekabrın 1-nə qədər Rusiya Nazirlər Kabineti alkoqolun qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər hazırlamalı, spirtli içkilərin istehsal və satışına nəzarəti gücləndirməlidir.
Qeyd edək ki, bu ilin yanvar ayında D.Medvedev Alkoqol bazarının tənzimlənməsi üzrə Xidmətin yaradılması haqda fərman imzalayıb. Yeni struktur spirtin dövriyyəsinə nəzarətlə məşğul olacaq və birbaşa hökumətə tabe olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR