Bank Of Baku

Almaniya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Almaniya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
# 11 sentyabr 2009 13:56 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu il oktyabrın əvvəlində Almaniya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə APA-ya Almaniyanın Azərbaycandakı səfiri Per Stankina məlumat verib.

Diplomat qeyd edib ki, səfər 4-6 oktyabr tarixinə planlaşdırılır. Almaniya kənd təsərrüfatı nazirinin müavini E.Qutun başçılıq edəcəyi nümayəndə heyətinin tərkibinə almaniyalı iş adamları da daxil olacaq. Onlar Bakıda kənd təsərrüfatı sahəsində iki ölkə arasındakı əməkdaşlığın gələcək perspektivlərini müzakirə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR