Bank Of Baku

Bu ilin ilk 8 ayında Azərbaycanda 2,131 mln. ton buğda istehsal edilib

Bu ilin ilk 8 ayında Azərbaycanda 2,131 mln. ton buğda istehsal edilib
# 14 sentyabr 2009 09:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sentyabr ayının 1-nə Azərbaycanda dənli bitkilərin istehsalı qarğıdalı da daxil olmaqla 2 mln. 884 min ton təşkil edib. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik və toxumçuluq şöbəsinin müdir müavini Rizvan Mustafayev məlumat verib.

R.Mustafayevin sözlərinə görə, bunun 2 mln. 131 min tonunu ərzaq buğdası təşkil edib. Dənli bitkilərin istehsalı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 484,2 min ton (20,1%), o cümlədən ərzaq buğdasının istehsalı 461 min ton (27,6%) artıb. Məhsuldarlıq 1 ha əkin sahəsi üzrə 26,1 sentner təşkil edib.

Hesabat dövrünə dənli bitkilər əkilmiş 1 mln. 125 min ha sahənin 1 mln. 120 min ha-da məhsul yığımı tam başa çatıb.

Qeyd edək ki, bu il 806 min ha sahədə ərzaq buğdası əkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR