Bank Of Baku

Azərbaycan hökuməti «Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə»ni təsdiq edib

Azərbaycan hökuməti «Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə»ni təsdiq edib
# 14 sentyabr 2009 11:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə»ni təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Əsasnamədə taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracını nizamlayan standartlara və tələblərə əməl edilməsi məsələləri öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, İqtisadi İnkişaf Nazirliyi taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini monitorinqlər, araşdırmalar, yoxlamalar, ekspertizalar və qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər formasında həyata keçirə bilər. Nazirliyə həmçinin idxal və ixracı nəzərdə tutulan qablaşdırılmış taxıl məhsullarının üzərindəki etiketlərin və digər yazıların müvafiq xarici dillərlə yanaşı, dövlət dilində olması, etiketinin üzərində məhsulun adının, həcminin növünün və tərkibinin, istehsal tarixinin və yararlılıq müddətinin, uyğunluq nişanından, müalicəvi, pəhriz , ekoloji təmiz adlarından müvafiq dövlət orqanının icazəsi əsasında istifadəsi, taxılçılıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilən məhsulların sınaqlarının dövri olaraq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş və müvafiq qaydada akkreditasiya olunmuş laboratoriyalarda aparılması həvalə olunub. Bununla yanaşı, İqtisadi İnkişaf Nazirliyinə taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının keyfiyyətinə dair müəyyən olunmuş standartlara və tələblərə riayət edilməsini yoxlamaq vəzifəsi də tapşırılıb.

Əsasnamədə taxılçılıq subyektlərində yoxlamaların aparılması qaydaları, müddəti, müraciətlərin araşdırılması, tətbiq olunacaq hüquqi məhdudiyyətlər və s. əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR