Bank Of Baku

Kənd təsərrüfatı sahəsi ilə bağlı yeni qanun layihələri hazırlanacaq

Kənd təsərrüfatı sahəsi ilə bağlı yeni qanun layihələri hazırlanacaq
# 16 sentyabr 2009 14:52 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, komitə sədri Eldar İbrahimov yaz və növbədənkənar sessiyalar müddətində komitənin səmərəli və məhsuldar fəaliyyət göstərdiyini deyib. O, kənd təsərrüfatı sahəsi ilə əlaqədar qanunvericilik bazasının daha da təkmilləşdirilməsi məqsədilə payız sessiyası müddətində komitədə bir sıra qanun layihələrinin hazırlanacağını söyləyib.
İclasda komitənin 2009-cu il payız sessiyasının qanunvericilik planı müzakirə edilərək təsdiq olunub. Sonra komitə üzvləri İnzibati Xətalar Məcəlləsinə, “Tütün və tütün məmulatları haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Atçılıq haqqında” qanunlara təklif olunan əlavə və dəyişiklikləri müzakirə ediblər. Təklif olunan əlavə və dəyişikliklər müsbət qiymətləndirilərək parlamentin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR