Bank Of Baku

Azərbaycanda inşa olunan regional taxıl məhsulları kompleksləri 2010-cu ilin sonunadək fermerlərin istifadəsinə veriləcək

Azərbaycanda inşa olunan regional taxıl məhsulları kompleksləri 2010-cu ilin sonunadək fermerlərin istifadəsinə veriləcək
# 17 sentyabr 2009 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın bölgələrində taxıl məhsullarının saxlanması və təmizlənməsi üçün yaradılacaq anbar kompleksləri 2010-cu ilin sonunadək fermerlərin istifadəsinə veriləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, ölkənin 6 iqtisadi rayonunda yaradılacaq anbar komplekslərinin ümumi həcmi 200 min ton təşkil edəcək: «Gələn ilin sonunadək anbar kompleksləri tikilib fermerlərin istifadəsinə veriləcək. Ümumiyyətlə, layihənin şərtlərinə əsasən, bir anbar kompleksi 184-270 gün ərzində tikilməlidir».

Qeyd edək ki, hər birinin tutumu 10 min ton olacaq müasir standartlara cavab verən taxıl anbar kompleksləri (cəmi 20 anbar) Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Yuxarı Qarabağ iqtisadi rayonlarında yaradılacaq. Layihənin ümumi dəyəri 38,5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR