Bank Of Baku

Azərbaycan un idxalını 5 dəfə azaldıb

Azərbaycan un idxalını 5 dəfə azaldıb
# 24 sentyabr 2009 07:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-avqust aylarında Azərbaycana 644 993,3 ton buğda, 30 190,8 ton un idxal edilib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə buğda idxalı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,7%, un idxalı isə 2,4 dəfə azalıb.

Hesabat dövründə ölkəyə idxal edilmiş buğdanın dəyəri 133 583,6 min dollar, unun dəyəri isə 6 742,5 min dollar təşkil edib. İdxal olunmuş buğdanın dəyəri 2008-ci ilin müvafiq dövrünə nisbətən 62,4%, unun dəyəri isə 5,4 dəfə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR