Bank Of Baku

Bakıda Almaniya-Azərbaycan Aqrar İqtisadi Forumu keçiriləcək

Bakıda Almaniya-Azərbaycan Aqrar İqtisadi Forumu keçiriləcək
# 29 sentyabr 2009 13:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 5-də Almaniya-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə Bakıda I Almaniya-Azərbaycan Aqrar İqtisadi Forumu və əməkdaşlıq birjası keçiriləcək.

DAWF-dan «APA-Economics»ə verilən məlumata görə, tədbir Almaniya Ərzaq, Kənd Təsərrüfatı, İstehlakçıların Hüquqlarının Qorunması Nazirliyinin nümayəndəsi Dietrix Quthun rəhbərliyi altında sahibkarlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçiriləcək.

Tədbirdə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndələri iştirak edəcək.

Bundan başqa, tədbirdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 20-dək artıq Almaniya və bir sıra Azərbaycan şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan və Almaniya iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR