Bank Of Baku

TİKA Azərbaycanda «Damazlıq ana arı yetişdirmə Layihəsi»nin icrasına başlayıb

TİKA Azərbaycanda «Damazlıq ana arı yetişdirmə Layihəsi»nin icrasına başlayıb
# 30 sentyabr 2009 07:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) Azərbaycanda «Damazlıq ana arı yetişdirmə Layihəsi»nin icrasına başlayıb. Bu barədə «APA-Economics»ə TİKA-dan məlumat verilib.

Azərbaycanda arıçılığın inkişafı, müasir arı bəsləmə texnologiyalarının tətbiqinə yönəlmiş layihə çərçivəsində Agentlik tərəfindən Azərbaycan Dağ Arıçıları İctimai Birliyinə boş arı şanları, ana arı cütləşmə qutuları, arı qəfəsləri, peyvəndləmə plankaları və s. avadanlıq təqdim olunub.

Layihə çərçivəsində təxminən illik istehsal gücü 3 500 ədəd yerli Bozdağ-Qafqaz cinsli damazlıq ana arı istehsalı üçün müəssisənin yaradılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR