Bank Of Baku

Azərbaycan Qazaxıstana meyvə-tərəvəz ixrac edəcək

Azərbaycan Qazaxıstana meyvə-tərəvəz ixrac edəcək
# 01 oktyabr 2009 12:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın gələcəkdə Azərbaycan Qazaxıstana meyvə-tərəvəz məhsullarının ixracına başlaya bilər.

«APA-Economics»in məlumatına görə, bu gün Bakıda keçirilən Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının VI iclasının protokoluna daxil edilən məsələlərdən biri də məhz Azərbaycanın Qazaxıstanın qərb bölgələrinə meyvə-tərəvəz məhsullarının ixracı ilə bağlı olub. Belə ki, komissiya Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qazaxıstan Sənaye və Ticarət Nazirliyi, həmçinin Qazaxıstanın Mangistau vilayətinin rəhbərliyinə meyvə-tərəvəz məhsullarının ixracına dair məsələnin tədqiqinin sona çatdırılmasını tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR