Bank Of Baku

Bakıda keçiriləcək kənd təsərrüfatı sərgisində Belarusun 30-dan artıq şirkəti iştirak edəcək

Bakıda keçiriləcək kənd təsərrüfatı sərgisində Belarusun 30-dan artıq şirkəti iştirak edəcək
# 01 oktyabr 2009 16:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il oktyabr ayının 6-9-da Bakıda keçiriləcək «Caspian-Agro» kənd təsərrüfatı sərgisində Belarusun 30-dan artıq şirkəti iştirak edəcək.

Belarusun Azərbaycandakı səfirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirə Belarusun kənd təsərrüfatı avadanlıqları istehsal edən, həmçinin ərzaq məhsulları istehsalçıları, süd fermaları inşa edən və digər sahələrdə fəaliyyət göstərən şirkətlər iştirak edərək öz məhsullarını nümayiş edib təkliflərini irəli sürəcək. Belə ki, sərgi iştirakçıları sırasında Belarusun tanınmış “MAZ”, “MTZ”, “Qomselmaş” və bu kimi şirkət və müəssisələri mövcuddur.

Bununla yanaşı, Belarus iş adamları sərgidə təşkil olunmuş konfransda iştirak edəcək, o cümlədən Azərbaycan iş adamları ilə ikitərəfli görüşlər keçirəcək. Görüşlərin əsas müzakirə predmeti birgə müəssisələrin yaradılması olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR