Bank Of Baku

Kənd Təsərrüfatı Nazirliyi: Azərbaycanlı fermerlər Almaniyadan gətirilən cins heyvanları lazımi şəraitdə saxlamır

Kənd Təsərrüfatı Nazirliyi: Azərbaycanlı fermerlər Almaniyadan gətirilən cins heyvanları lazımi şəraitdə saxlamır
# 02 oktyabr 2009 10:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın bəzi rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrolizinq» ASC tərəfindən lizinqə verilmiş cins heyvanların saxlanılmasında qüsurlar var. «APA-Economics»in məlumatına görə, bunu Nazirliyin heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.

Ç.Fərəcovun sözlərinə görə, aparılmış monitorinqlər zamanı bəzi yerlərdə vətəndaşlar tərəfindən alınmış heyvanların lazımi şəraitdə saxlanılmadığı üzə çıxıb. Onlara bu problemlərin aradan qaldırılması üçün tapşırıqlar verilib.

Nazirlik nümayəndəsi cari ilin əvvəlində Almaniyadan gətirilmiş heyvanların tədricən yerli mühitə adaptasiya olunduğunu da qeyd edib. Artıq fermerlərə lizinqə verilmiş 760 baş cins inəkdən 500 baş bala götürülüb.

«Aqrolizinq» ASC vasitəsi ilə Almaniyadan Azərbaycana əsasən şvis, qara-ala, Holstin-Friz və Sim-mental cinsli inəklər gətirilir. Həmin heyvanlar 20 günlük karantindən sonra fermerlərə satılır.

Qeyd edək ki, heyvanları «Aqrolizinq» ASC-nin elan etdiyi tenderdə qalib gəlmiş Böyük Britaniyanın «Rista Alliance» şirkəti gətirir. Heyvanların qiymətinin 50%-i dövlət tərəfindən güzəşt olunur. Fermerlər qalan 50% vəsaitin yarısını əvvəlcədən, qalan hissəsini isə 3 il ərzində hissə-hissə ödəməlidir. Almaniyadan alınmış 1 heyvanın qiyməti 3600-3800 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR