Bank Of Baku

Azərbaycanda havaların yağmurlu keçməsi pambıqçılıq, üzümçülük və tərəvəzçiliyə ziyan vurub

Azərbaycanda havaların yağmurlu keçməsi pambıqçılıq, üzümçülük və tərəvəzçiliyə ziyan vurub
# 02 oktyabr 2009 10:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda havaların yağmurlu keçməsi şumlama işlərində çətinlik və ləngimələr yaradıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik və toxumçuluq şöbəsinin müdir müavini Rizvan Mustafayev məlumat verib.

R.Mustafayevin sözlərinə görə, hər il Azərbaycanda 1,6 mln. ha sahədə əkin aparılır: «Lakin son aylar davamlı olan yağışlar dağlıq və dağətəyi rayonlarda şum işlərində çətinlik yaradıb. Bu ilin ötən dövründə şum işləri aparılmış sahələr ötən ilin müvafiq dövründəkindən təxminən 10 min ha azdır».

Nazirlik nümayəndəsi onu da vurğulayıb ki, yağan yağışlar nəticəsində pambıqçılığa, üzümçülüyə və tərəvəzçiliyə ziyan dəyib. Hazırda yerlərdə həmin ziyanın məbləği araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR