Bank Of Baku

Azərbaycan Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə gələn dövlət büdcəsindən ayrılan vəsaitin artımı nəzərdə tutulmayıb

Azərbaycan Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə gələn dövlət büdcəsindən ayrılan vəsaitin artımı nəzərdə tutulmayıb
# 02 oktyabr 2009 11:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın 2010-cu il dövlət büdcəsinin layihəsində aqrar sektorda həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə ayrılacaq vəsaitin artımı nəzərdə tutulmayıb. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

İ.Quliyevin sözlərinə görə, Agentlik üçün gələn ilin dövlət büdcəsi layihəsində bu il olduğu məbləğdə – 10 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.

Nazir müavini yanacaq və motor yağlarına görə fermerlərə dövlət büdcəsi vəsaiti hesabına subsidiyaların verilməsinin davam etdiyini və bəzi rayonlarda bu prosesin yekunlaşdığını bildirib. İ.Quliyev bildirib ki, Respublika Komissiyası 57 rayon üzrə subsidiyaların verilməsi barədə qərar qəbul edib. Hazırda bir neçə rayon istisna olunmaqla, digər rayonlarda proses yekunlaşıb və ya başa çatmaq üzrədir.

Qeyd edək ki, dövlət büdcəsindən əkin işləri üçün fermerlərə yanacaq və motor yağlarına görə 40 manat, taxıl əkmiş fermerlərə isə hər 1 ha sahəyə görə əlavə 40 manat vəsait verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR