Bank Of Baku

Azərbaycan Taxıl Fondu yerli istehsalçılardan buğdanın qəbulu vaxtını uzadıb

Azərbaycan Taxıl Fondu yerli istehsalçılardan buğdanın qəbulu vaxtını uzadıb
# 02 oktyabr 2009 15:32 (UTC +04:00)
Nazirlikdən bildirilib ki, ilkin elanda «Dəvəçi-Dəyirman» MMC, «Karat Holdinq», «Fatoğlu», «Bakı-Taxıl», «Araz» ASC, «Aveta», «Tovuz-Baltiya» və «Neon» şirkətləri tərəfindən avqustun 5-dən sentyabrın 30-dək yerli istehsalçılardan qiyməti 180 AZN/ ton olmaqla buğdanın qəbul ediləcəyi bildirilmişdi. Yeni qərarla buğda qəbulunun müddəti oktyabrın 30-dək uzadılıb. Bunun əsas səbəbi isə son vaxtlar ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçməsi və yerli istehsalçıların dəstəklənməsidir.

Xatırladaq ki, buğda alınması prosesində aşağıdakı şərtlər irəli sürülür:

1. Dənin naturası (bir lititlik purkalarda qramla): buğda üçün - 750/l-dən az olmamaqla

2. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün - 2 faizdən çox olmamaqla

3. Dən qarışığı (faizlə): buğda üçün - 5 faizdən çox olmamaqla

4. Nəmlik (faizlə) – bütün bitkilər üçün - 13,0 faizdən çox olmamaqla

5. Yapışqanlıq – 3-cü sinif buğda üçün - 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti - 2-ci qrupdan aşağı olmamaqla

6. Şüşəvarilik:
1-ci və 2-ci sinif buğdalar üçün - 60 faizdən az olmamaqla
3-cü və 4-cü sinif buğdalar üçün - məhdudlaşdırılmır

7. İyi və dad-bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir

8. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir

9. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün - yol verilmir

10. Digər əlamətlər bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir

Bildirilir ki, bu keyfiyyətə cavab verməyən məhsul qəbul edilməyəcək.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları isə bunlardır:

«Dəvəçi-Dəyirman»: Dəvəçi şəhəri, (055) 760-35-05; (050) 382-35-84
«Karat Holdinq»: Xırdalan şəhəri, (050) 223-18-97
«Fatoğlu»: Gəncə şəhəri, 022-5-69-44-44; 012-418-45-38, (050) 222-08-20
«Bakı-Taxıl»: Dərnəgül qəsəbəsi, 012-567-00-76; 566-21-72
«Araz» ASC: Zığ şosesi, 27 (050) 502-29-08; 012-479-10-29, faks: 473-90-00
«Aveta»: Kürdəmir şəhəri, (050) 200-11-97
«Tovuz-Baltiya»: Tovuz, İbrahimov Hacılı kəndi (050) 527-80-95
«Neon» firması: Gəncə şəhəri (050) 220-30-27.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR