Bank Of Baku

Bakıda «Caspian Agro-2009» kənd təsərrüfatı sərgisi keçirilir

Bakıda «Caspian Agro-2009» kənd təsərrüfatı sərgisi keçirilir
# 06 oktyabr 2009 10:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Bakıda «Caspian Agro-2009» beynəlxalq kənd təsərrüfatı sərgisi işə başlayıb. «APA-Economics»in məlumatına görə, sərgidə Azərbaycanla yanaşı Litva, Latviya, Belarus, Qatar, Suriya və digər ölkələrin nümayəndə heyətləri iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, sərgi gələcəkdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının inkişafına əlavə təkan verəcək. Dövlət qayğısı nəticəsində son illər Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracının artdığını qeyd edən İ.Abasov bildirib ki, bu gün ölkənin kənd təsərrüfatında emal müəssisələrinin yaradılması əsas prioritetlərdəndir.

Sərgidə Belarus və Latviyanın milli stendləri, həmçinin 85 pavilyon quraşdırılıb.

Qeyd edək ki, tədbirə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb və hazırda sərgi davam edir.

Sərginin baş sponsoru rolunda «Azersun Holding» çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR