Bank Of Baku

Latviya Azərbaycanda taxıl anbarlarının tikintisinə maraq göstərir

Latviya Azərbaycanda taxıl anbarlarının tikintisinə maraq göstərir
# 06 oktyabr 2009 12:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Latviya Azərbaycanda inşa olunan taxıl məhsullarının saxlanması və təmizlənməsi üçün anbar komplekslərinin tikintisinə maraq göstərir.

Latviyanın «Porzelack» şirkətinin nümayəndəsi xanım Aya Klyaşevanın «APA-Economics»ə verdiyi məlumata görə, ümumiyyətlə Azərbaycanın kənd təsərrüfatı sahəsi Latviya şirkəti maraqlandırır: «Bizim şirkət elevator, taxıl anbarları, bitki yağlarının istehsalı üzrə sexlərin tikintisi və digər kənd təsərrüfatı xidmətləri göstərir. Azərbaycanda taxıl məhsullarının saxlanması və təmizlənməsi üçün anbar komplekslərinin tikintisində böyük məmnuniyyətlə iştirak edə bilərik».

Qeyd edək ki, hər birinin tutumu 10 min ton olacaq müasir standartlara cavab verən taxıl anbar kompleksləri Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Yuxarı Qarabağ iqtisadi rayonlarında yaradılacaq. Layihənin ümumi dəyəri 38,5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR