Bank Of Baku

Bu il Naxçıvanda rekord həcmdə taxıl istehsal olunub

Bu il Naxçıvanda rekord həcmdə taxıl istehsal olunub
# 06 oktyabr 2009 12:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında 100 min tondan artıq taxıl istehsal edilib. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini, kənd təsərrüfatı naziri Məmməd Abbasov məlumat verib.

Nazirin sözlərinə görə, bu il Muxtar Respublika üzrə hər 1 ha əkin sahəsindən 28 sentner taxıl biçilib. Taxıl istehsalı ötən illə müqayisədə 15% artıb.

«Bu ilki istehsal hesabına Muxtar Respublikanın bir illik ehtiyatı yaradılıb», - deyə M.Abbasov vurğulayıb.

Nazir onu da əlavə edib ki, son 5 ildə Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən ayrılmış vəsait hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına 10 mln. manata yaxın güzəştli kredit verilib. Bunun da 1,2 mln. manatdan artığı quşçuluq sənayesinə yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR