Bank Of Baku

Azərbaycan mineral gübrələrin saxlanılması üçün logistik bazaların şəbəkəsini genişləndirir

Azərbaycan mineral gübrələrin saxlanılması üçün logistik bazaların şəbəkəsini genişləndirir
# 06 oktyabr 2009 12:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda mineral gübrələrin saxlanılması üçün «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti (ASC) 6 logistik baza inşa etməyi planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu «Aqrolizinq» ASC-nin sədri Əli Bayramov bildirib.

Ə.Bayramovun sözlərinə görə, artıq bu bazalardan ikisi Şəki və Sabirabad rayonlarında tikilərək istifadəyə verilib: «Hazırda Şəmkir və Xaçmazda yeni bazaların tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Gələcəkdə bu tip bazaların İmişli və Cəlilabadda tikilməsi nəzərdə tutulur».

Ə.Bayramov qeyd edib ki, «Aqrolizinq» ASC-nin xətti ilə regionda 19 soyuducu kamera tikilib və artıq bunların 15-i istifadəyə hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR