Bank Of Baku

Şəmkir Quşçuluq Fabriki quş əti istehsalına başlayır

Şəmkir Quşçuluq Fabriki quş əti istehsalına başlayır
# 06 oktyabr 2009 13:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «ATA Holding» Şirkətlər Qrupu Şəmkir Quşçuluq Fabrikində quş əti istehsalı xəttini qurmağı planlaşdırır. Bu barədə «APA-Economics»ə şirkətin marketinq-layihələşdirmə departamentinin müdiri İlkin Quliyev məlumat verib.

İ.Quliyevin sözlərinə görə, müəssisədə İsraildən gətirilmiş yeni texnologiyalar tətbiq olunacaq. Bundan sonra fabrik həm yumurta, həm də toyuq əti istehsalını həyata keçirəcək. İlkin mərhələdə ildə 5 800 ton toyuq ətinin istehsalı planlaşdırılır.

Hazırda Şəmkir Quşçuluq Fabriki yumurta istehsalı ilə məşğul olur. Fabrikin illik istehsal gücü 25 mln. yumurtadır.

İ.Quliyevin sözlərinə görə, yemlə bağlı problemi aradan qaldırmaq üçün fabrikdə gücü 10 ton olan zavod qurulub. Dünyadakı böhranla əlaqədar quşçuluq sənayesində istifadə olunan yemin qiyməti aşağı düşüb.

Şirkət rəsmisi bildirib ki, yemin qiymətinin aşağı düşməsi nəticəsində 6 aydır yumurtanın orta satış qiyməti 1 ədəd üçün 6 qəpik təşkil edir və bahalaşma olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR