Bank Of Baku

Azərbaycanın Göygöl Şərab Zavodu istehsal gücünü iki dəfə artıracaq

Azərbaycanın Göygöl Şərab Zavodu istehsal gücünü iki dəfə artıracaq
# 07 oktyabr 2009 06:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı spirtli içkilər istehsalçılarından biri olan Göygöl Şərab Zavodu istehsal həcmini artırmaq niyyətindədir.

Zavodun baş texnoloqu Nadir İsmayılovun «APA-Economics»ə verdiyi məlumatına görə, müəssisə əsasən şərab və konyak istehsalının həcmini artıracaq: «Hazırda zavodda saatda 3 min butulka istehsal gücünə malik olan bir konyak və şərab xətti mövcuddur. Yaxın gələcəkdə biz bu xətləri 2 dəfə artıraraq istehsalın gücünü saatda 6 min butulkaya çatdırmaq niyyətindəyik».

Qeyd edək ki, bundan başqa zavodda saatda 6 min butulka araq istehsal edən 2 xətt də mövcuddur. Yaxın gələcəkdə Göygöl Şərab Zavodu Kanada, Çin, İsveç və Rusiya kimi ölkələrə öz məhsullarını ixrac edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR