Bank Of Baku

Latviyanın «Porzelack» şirkəti Azərbaycana gəlir

Latviyanın «Porzelack» şirkəti Azərbaycana gəlir
# 07 oktyabr 2009 07:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Latviyanın kənd təsərrüfatı sahəsində aparıcı şirkətlərdən biri olan «Porzelack» Azərbaycanda ofis açmaq niyyətindədir.

Şirkətin nümayəndəsi xanım Aya Klyaşevanın «APA-Economics»ə verdiyi məlumata görə, hazırda Azərbaycanda «Porzelack» şirkətinin ofisinin açılmasına dair ilkin danışıqlar aparılır: «Ofisimizin statusu ilə hələ müəyyənləşdirilməyib. Lakin onu deyə bilərəm ki, bizim şirkətin Azərbaycandakı ofisi ya nümayəndəlik, ya törəmə şirkət formasında, ya da filial statuslu olacaq».

A.Klyaşeva həmçinin bildirib ki, hazırda şirkətin Ukrayna, Rusiya, Polşa və Belarus kimi ölkələrdə nümayəndəlikləri, filialları və törəmə şirkətləri fəaliyyət göstərir.

Qeyd edək ki, «Porzelack» şirkəti elevator, taxıl anbarları, bitki yağlarının istehsalı üzrə sexlərin tikintisi və digər kənd təsərrüfatı xidmətləri göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR