Bank Of Baku

Almaniya ərzaq və kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı intensivləşdirmək niyyətindədir

Almaniya ərzaq və kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı intensivləşdirmək niyyətindədir
# 07 oktyabr 2009 09:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Almaniya ərzaq və kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı intensivləşdirmək niyyətindədir. APA-nın məlumatına görə, bu barədə Almaniyanın Ərzaq, Kənd Təsərrüfatı və İstehlakçıların Hüquqlarını Müdafiə Nazirliyinin şöbə müdiri, Bakıda keçirilən aqrar biznes-forumda iştirak edən Almaniya nümayəndə heyətinin rəhbəri Ditrix Qut açıqlama verib.

“Biz bu ilin yanvarında sıx əməkdaşlıq etməyə başlamışıq və münasibətlərimizi intensivləşdirmə istəyirik. Almaniya nümayəndə heyətlərinin ildə bir-iki dəfə Azərbaycana gəlməsini planlaşdırırıq. Ümid edirik ki, bu səfərlə Azərbaycan və Almaniya arasında qapı açıldı. Bir-birimizi tanımaq yaxşı olardı” – deyə o qeyd edib.

D.Qut əlavə edib ki, son on il ərzində Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 10 mln. avrodan 100 mln. avroya yüksəlib. Onun sözlərinə görə, Azərbaycandan Almaniyaya əsasən meyvə-tərəvəz ixrac olunur. Almaniya isə Azərbaycana pendir, çörək məmulatları, yağ, fermerlər üçün avadanlıqlar göndərə, həmçinin Avropa İttifaqı üçün zəruri olan keyfiyyət və sağlamlıq standartlarına nail olmaq təcrübəsini bölüşə bilər.

D.Qut bildirib ki, Almaniya nümayəndə heyətinin bəzi üzvləri Azərbaycan məhsulları ilə daha yaxından tanış olmaq və qarşılıqlı maraq doğuran sahələri müəyyənləşdirmək üçün hələ bir neçə gün Bakıda qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR