Bank Of Baku

Bu il Culfada 4300 hektar sahədə taxıl əkiləcək

Bu il Culfada 4300 hektar sahədə taxıl əkiləcək
# 09 oktyabr 2009 21:45 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ötən il 4071 hektar sahədə taxıl əkib və zəmilərdən 9420 ton məhsul götürülüb.

Culfa rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonda torpaq mülkiyyətçilərinin taxıl əkininə marağı artırıb. Buna görə də cari il yerli sahibkarlar və torpaq mülkiyyətçiləri tərəfindən taxıl əkini sahələri genişləndirilib. Belə ki, bu il 4300 hektar sahədə taxıl əkilməsi nəzərdə tutulub. Artıq 778 hektar sahədə əkin başa çatdırılıb.

Məlumatda o da qeyd olunub ki, rayonun Yaycı, Dizə, Şurud, Gal, Ərəzin və Bənəniyar kəndlərində şumlanma və əkin işləri daha sürətlə aparılır. Əkin işlərinin bu ayın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR